...

ABŞ qoşunlarının İraqdan çıxarılmasını təxirə sala bilər

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 11:52 (UTC +04:00)

Əgər yanvarda Parlament seçkiləri təxirə salınarsa, Amerika Birləşmiş Ştatları gələn il üçün nəzərdə tutduğu Amerika kontingentinin İraqdan çıxarılması prosesini təxirə sala bilər, Aljazeera Net saytı bildirir.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin sözlərinə görə, seçkilər təxirə salındığı təqdirdə Pentaqon İraqda təhlükəsizlik və hərbi kontingentin saxlanılması zərurəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.

ABŞ yeni hökümətin təhlükəsizliyi qoruyacağına əmin olmadığı üçün yanvarın 16-da keçiriləcək seçkilərdən sonra iki ay müddətində İraqda 117 min əsgər saxlamaq niyyətindədir, Associated Press agentliyi məlumat verir.

Vaşinqton və Bağdad arasındakı təhlükəsizliyə dair razılaşmaya əsasən? ABŞ qoşunlarının İraqdan çıxarılması prosesi 2011-ci ilin sonunadək başa çatmalıdır. 2010-cu ilin avqustuna kimi qoşunun yarısının çıxarılması planlaşdırılır.

Lakin ABŞ, qoşunların çıxarılmasından sonra İraqı yeni zorakılıq dalğasının əhatə etməsindən ehtiyat edir, AP yazır.

Ötən bazar Bağdadda törədilən iki terror aktı nəticəsində 155 nəfər ölüb, təqribən 700 nəfər yaralanıb. Bu, son üç ay ərzində Bağdadda törədilən ikinci irimiqyaslı terror aktıdır. Avqustda buna bənzər terror aktı təxminən yüz nəfərin həyatına son qoyub.

İrqa Parlamenti altıncı dəfədir seçkilər barədə qanun qəbul edə bilmir. Cümə axşamı parlament deputatları növbəti dəfə seçkilər barədə qanun qəbul etmək barədə kompramisə gələ bilməyib. Növbəti dinləmə bazar günü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti