...

İran müsəlman ölkələri ilə müştərək peyk istehsal etmək istəyir

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 12:21 (UTC +04:00)
İran Aerokosmik Təşkilatının sədri Məhəmməd Əli Furqani bildirib ki, İran müsəlman ölkələri ilə müştərək peykin layihələşdirilməsi və istehsalı məsələsini gündəlikdə saxlayır.
İran müsəlman ölkələri ilə müştərək peyk istehsal etmək istəyir

İran Aerokosmik Təşkilatının sədri Məhəmməd Əli Furqani bildirib ki, İran müsəlman ölkələri ilə müştərək peykin layihələşdirilməsi və istehsalı məsələsini gündəlikdə saxlayır. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

"Hazırda İslam Konfransı Təşkilatına üzv ölkələrlə peykin layihələşdirilməsi və istehsalı məqsədi ilə müzakirələr aparırıq", - deyə Furqani deyib. O əlavə edib ki, bu peyk kosmik fəzada araşdırma aparmaq məqsədi ilə istehsal olunacaq.

Furqani bildirib ki, Kosmik stansiyaların və ölkədə GPS stansiyalarıın təsis olunması və İrana aid üç orbit məntəqəsinin qorunması Aerokosmik Təşkilatın əsas proqramlarındandır.

Xəbər lenti

Xəbər lenti