...

İran Prezidenti sabah Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 7 Noyabr 2009 13:10 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 8-də Türkiyəyə səfər edəcək.
İran Prezidenti sabah Türkiyəyə səfər edəcək

İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 8-də Türkiyəyə səfər edəcək. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb. Əhmədinejad ikigünlük səfər zamanı İslam Konfransı Təşkilatının (İKT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) İstanbulda noyabrın 5-dən 9-dək keçiriləcək iclasında iştirak edəcək.

İran Prezidenti "İKT üzvləri arasında münasibətlərin inkişafı və qlobal maliyyə böhranı" mövzusunda nitq söyləyəcək. İstanbula səfəri zamanı Əhmədinejad Türkiyə Prezidenti Abdullah Gül və İKT-yə üzv ölkələrin liderləri ilə də görüşəcək.

O, həmçinin COMCEC-in iclasın sonuncu günü keçiriləcək iqtisadi sammitində iştirak edəcək. Sözügedən sammitdə İKT üzvü olan 57 ölkənin rəhbərləri da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti