...

Rusiya S300 raketlərinin təhvilinə dair müqaviləni 6 aydır ki, gecikdirir - İran Silahlı Qüvvələrinin Qərargah rəisi

Dünya xəbərləri Materials 13 Noyabr 2009 11:05 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin Qərargah rəisi general Həsən Firuzadabdi bildirib ki, Rusiya S300 raketlərinin təhvilinə dair müqaviləni 6 aydır ki, gecikdirir.
Rusiya S300 raketlərinin təhvilinə dair müqaviləni 6 aydır ki, gecikdirir -  İran Silahlı Qüvvələrinin Qərargah rəisi

İran Silahlı Qüvvələrinin Qərargah rəisi general Həsən Firuzadabdi bildirib ki, Rusiya S300 raketlərinin təhvilinə dair müqaviləni 6 aydır ki, gecikdirir. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Biz dost bildiyimiz ruslardan gileyliyik. Ruslar İranın geosiyasi strategiyasının Rusiyanın təhlükəsizliyinin təminatında əhəmiyyətini bilmirlərmi? Nə üçün Rusiya S300 raketlərinin təhvilinə dari müqaviləni icra etmir və 6 aydır ki, müqavilənin şərtlərini yerinə gətirmir?", - deyə İran Milli Təhlükəsizlik Şurasının üzvü, general Firuzabadi deyib.

Firuzabadi əlavə edib ki, bu xatırlatmalardan sonra Rusiyanın S300 raketlərinin təhvilinə dari müqavilənin icrasını tezləşdirəcəyinə ümid edir.

Firuzabadi İranın nüvə yanacağının mübadiləsi məsələsinə də toxunaraq deyib ki, İran nüvə yanacağı mübadiləsində heç nə itirməyəcək, əksinə, qazanacaq. Beləki, ölkə reaktoruna lazım olan 20 faizlik nüvə yanacağını əldə etməklə, ildə bir milyon iranlının müalicə olunmasına şərait yaradılacaq.

"Mübadilə olunacaq 3.5 faizlik nüvə yanacağının miqdarı o qədər böyük deyil ki, ölkədəki yanacaq itkisi olsun", - deyə Firuzadabi deyib.

Sentyabrın sonunda İran Prezidenti BMT Baş Assembleyasının 64-cü iclasında iştirakı zamanı İranın "Tehran" nüvə laboratoriyasının yanacağının təmini üçün uran mübadiləsinə, yəni 3,5 faizlik uran verib, 20 faizlik zənginləşdirilimiş uran təhvil almağa hazır olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti