...

Türkiyənin Baş naziri terror qarşısında təslim olub - müxalifət lideri Devlet Bahçeli

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:55 (UTC +04:00)
Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyasının keçirdiyi toplantıda ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın terror qarçısında təslim olduğunu bildirib.
Türkiyənin Baş naziri terror qarşısında təslim olub - müxalifət lideri Devlet Bahçeli

Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyasının keçirdiyi toplantıda ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın terror qarçısında təslim olduğunu bildirib.

"Baz nazri Rəcəb Tayyib Ərdoğan terror qarşısında təslim olub", - Bahçeli deyib.

Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli bir müddət öncə partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal həmçinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə ərazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgəsindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını deyib.

Türkiyə Parlamentində "demokratik açılım" planının müzakirəsi zamanı gərginlik yaşanıb və müxalifətdən olan bəzi millət vəkilləri iclas zalını tərk ediblər.

Bahçeli onu da bildirib ki, ölkədə həyata keçirilən demokratik açılım siyasəti PKK terrorçularının siyasi tələblərini yerinə yerirməkdən savayı bir şey deil.

"Ərdoğan terrorçuları müdafiə edir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti