...

Dağıstanda Tümen-Bakı sərnişin qatarı qabağında bomba partladılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 30 Noyabr 2009 09:50 (UTC +04:00)
Dağıstanda 374 nömrəli Tümen-Bakı sərnişin qatarının yolunda partladıcı qurğu işə salınıb. Ilkin məlumata görə partlayışın nəticəsində zərərçəkən yoxdur, bu barədə RİA Novosti-yə Respublika Fövqəladə Hallar Nazirliyində məlumat verilib.
Dağıstanda Tümen-Bakı sərnişin qatarı qabağında bomba partladılıb (ƏLAVƏ OLUNUB)

RED: ikinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Dağıstanda 374 nömrəli Tümen-Bakı sərnişin qatarının yolunda partladıcı qurğu işə salınıb. Ilkin məlumata görə partlayışın nəticəsində zərərçəkən yoxdur, bu barədə RİA Novosti-yə Respublika Fövqəladə Hallar Nazirliyində məlumat verilib.

"Bazar ertəsi səhər Dağıstanın Qayakənd rayonunda 7-ci nömrəli İzberbaş-İnçxe piketində Tümendən Bakıya yollanan qatarının qabağında dəmir yolu partladılıb. Ilkin məlumata əsasən, ölən və xəsarət alan yoxdur," - Dağıstan FHN-in təmsilçisi deyib.

Onun sözlərinə görə, qatar yoldan çıxmayıb.

"Partlayış cüt yolunda baş verib, hazırda qatar dayanır, bütün müvafiq xidmətlər hadisə yerinə yola düşüb", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti