...

ABŞ dünyada ən kiçik islahat aparmaqda belə acizdir - Əhmədinejad

Dünya xəbərləri Materials 3 Dekabr 2009 16:20 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı İsfahan şəhərində mədəniyyət işçiləri ilə görüşündə bildirib ki, ABŞ materialist mədəniyyətin zirvəsində dayanır.
ABŞ dünyada ən kiçik islahat aparmaqda belə acizdir - Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad cümə axşamı İsfahan şəhərində mədəniyyət işçiləri ilə görüşündə bildirib ki, ABŞ materialist mədəniyyətin zirvəsində dayanır. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.

"Bu gün ABŞ hökuməti dünyada ən kiçik islahat aparmaqda belə acizdir. Hər hansı bir yerə getmək istəsə, hərbi güc vasitəsilə gedir. ABŞ hərb mədəniyyətinə güvənir", - Əhmədinejad deyib.

O əlavə edib ki, ABŞ hazırda "siyasi dalana dirənib" və Əfqanıstan, Fələstin, Yaponiya və Koreya problemlərini həll edə bilməməklə yanaşı, öz iqtisadi vəziyyətini də yaxşılaşdıra bilmir.

Xəbər lenti

Xəbər lenti