...

Almaniyanın xarici işlər naziri Türkiyə və Fars körfəzi ölkələrinə səfər edir

Dünya xəbərləri Materials 6 Yanvar 2010 11:00 (UTC +04:00)
Almaniyanın xarici işlər naziri Gido Vestervellenin çərşənbə günü Türkiyə və Fars körfəzinin üç ölkəsinə səfəri başlanacaq.
Almaniyanın xarici işlər naziri Türkiyə və Fars körfəzi ölkələrinə səfər edir

Almaniyanın xarici işlər naziri Gido Vestervellenin çərşənbə günü Türkiyə və Fars körfəzinin üç ölkəsinə səfəri başlanacaq. Məlumatı Deutsche Presse Agentur yayıb.

Türkiyədə Vestervelle xarici işlər naziri Əhməd Davudoğlu ilə danışıqlar aparacaq, eləcə də Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Vestervellenin Ankaraİstanbulda Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edəcəyi gözlənilir.

Cümə günü Vestervelle Türkiyəni tərk edəcək və alman iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı, QətərBirləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Almaniyanın xarici işlər nazirinin Fars körfəzi ölkələri ilə İranın nüvə araşdırmaları, beynəlxalq terrorizmlə mübarizə və Yəməndə zorakılığın artması problemini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti