...

İsrail axşamadək üzür istəməsə, Türkiyə öz səfirini geri çağıracaq – Prezident Abdulla Gül

Dünya xəbərləri Materials 13 Yanvar 2010 16:53 (UTC +04:00)
İsrail axşamadək üzür istəməsə Türkiyə rəsmi olaraq öz səfirini Təl-Əvivdən geri çağıracaq. Bu barədə Türkiyə Prezidenti Abdulla Gül deyib, CNN Turk saytı yazır.
İsrail axşamadək üzür istəməsə, Türkiyə öz səfirini geri çağıracaq – Prezident Abdulla Gül

Əgər İsrail axşamadək üzür istəməsə Türkiyə rəsmi olaraq öz səfirini Təl-Əvivdən geri çağıracaq. Bu barədə Türkiyə Prezidenti Abdulla Gül deyib, CNN Turk saytı yazır.

Ölkələr arasında diplomatik qalmaqal çərşənbə axşamı İsrail XİN naziri müavini Denni Ayalonun Türkiyə səfiri Oğuz Çelikkola qarşı təhqiramiz hərəkətinə görə yaranıb.

Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol Türkiyə telekanallarında yayımlanan "Kurtlar vadisi" teleserialına aydınlıq gətirmək üçün İsrailin XİN naziri müvini Ayalonun yanına çağırılıb. Görüş zamanı Ayalon səfirə əl ilə salam verməkdan imtina edib, həmçinin Türkiyə Diplomatik İdarəsinin rəhbərini qəbul üçün uzun müddət gözləməyə məcbur edib.

Türkiyə XİN-dəki diplomatik mənbələr məlumat verib ki, əgər İsrail tərəfi yanvarın 13-dək üzr istəməsə Türkiyə İsraildəki səfirliyini dərhal bağlayacaq. Məlumatı CNN Turk yayıb.

Çərşənbə günü Türkiyənin Təl-Əvivdəki səfiri 30 illik diplomatik karyerasında bir dəfə də olsa bu cür rüsvayçı fakt ilə qarşılaşmadığını bildirərək Ankaraya qayıdıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londonda öz britaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, İsrail nə vaxt sülh siyasətinə keçsə, o vaxt da İsrail-Türkiyə münasibətləri bərpa ediləcək.

Bazar günü İsrailin müdafiə naziri Ehud Barakın Ankaraya rəsmi səfəri planlaşdırılıb. O, türkiyəli həmkarı və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti