...

Türkiyə Yaxın Şərqdə vacib rol oynayır - ABŞ Dövlət Departamenti

Dünya xəbərləri Materials 15 Yanvar 2010 13:08 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Türkiyə və İsrail arasındakı son qalmaqal fonunda Türkiyənin Yaxın Şərqdə vacib rol oynadığını bildirib.
Türkiyə Yaxın Şərqdə vacib rol oynayır - ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Türkiyə və İsrail arasındakı son qalmaqal fonunda Türkiyənin Yaxın Şərqdə vacib rol oynadığını bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

Dövlət Departamentinin mətbuat katibi Filip Krouli Vaşinqtonda mətbuat konransında çıxışı zamanı deyib ki, Türkiyə Yaxın Şərqdə mühüm vasitəçi rolunu oynayır və ABŞ Türkiyənin bu siyası kursu davam etdirəcəyini gözləyir.

Krouli İsrailin xarici işlər naziri müavinin Təl-Əvivdə Türkiyə səfirinə qarşı təhqiramız hərəkətinə görə Türkiyə və İsrail arasında baş verən son siyasi qalmaqalı şərh edərək deyib ki, hər iki ölkə ABŞ-ın mühüm tərəfdaşıdır.

"Türkiyə Yaxın Şərqdəki vəziyyətin nizamlanmasında mühüm vasitəçi rmövqedədir. Biz Türkiyənin region ölkələrinə kömək cəhdlərini qiymətləndiririk və gözləyirik ki, bu, gələcəkdə də belə olacaq", - Krouli deyib.

Türkiyə 2008-ci ildə Suriya və İsrail arasındakı danışıqlarda yeganə vasitəçi olub və bu danışıqlar ötən ilin qışında İsrailin Qəzza sektorundakı hərbi əməliyyatlarına görə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti