...

Türkiyədə yeni konstitusiyaya ehtiyac var - daxili işlər naziri Bəşir Atalay

Dünya xəbərləri Materials 15 Yanvar 2010 13:58 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Bəşir Atalay keçirdiyi mətbuat konfransında ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq olmadığı üçün bunun razılaşdırılmadığını bildirib.
Türkiyədə yeni konstitusiyaya ehtiyac var - daxili işlər naziri Bəşir Atalay

Türkiyənin daxili işlər naziri Bəşir Atalay keçirdiyi mətbuat konfransında ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq olmadığı üçün bunun razılaşdırılmadığını bildirib. Məlumatı Türkiyənin CNN Türk informasiya portalı yayıb.

"Türkiyədə yeni konstitusiyaya ehtiyac var, lakin hakim partiya ilə müxalifət partiyaları arasında bu məsələdə ittifaq yoxdur", - Atalay bildirib.

Trend news-un arayışı: Türkiyənin Baş naziri 29 mart bələdiyyə seşkilərindən sonra konstitusiyaya qismən də olsa dəyişikliklər ediləcəyini bildirmişdi. Konstitusiyaya əsas dəyişikliklər siyasi partiyaların bağlanması ilə bağlı məsələ üzrə, omdusman və seçki haqqında qanunla bağlı nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti