...

Ankara-Yerevan protokollarını indidən müzakirə etmək mənasızdır - Türkiyə Parlamentinin komissiya sədri

Dünya xəbərləri Materials 16 Yanvar 2010 10:49 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan 2009-cu ildə Ankara və Yerevan arasında imzalanmış protokolların indidən müzakirə edilməsinin mənasız olduğunu bildirib.
Ankara-Yerevan protokollarını indidən müzakirə etmək mənasızdır - Türkiyə Parlamentinin komissiya sədri

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan 2009-cu ildə AnkaraYerevan arasında imzalanmış protokolların indidən müzakirə edilməsinin mənasız olduğunu bildirib. Məlumatı Türkiyənin ZAMAN qəzeti yayıb.

"Ankara-Yerevan protokollarını indidən müzakirə etməyin mənası yoxdur", - Mərcan deyib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Xəbər lenti

Xəbər lenti