...

İran TU-154 tipli təyyarələrdən imtina edir

Dünya xəbərləri Materials 25 Yanvar 2010 15:33 (UTC +04:00)
İran Aviasiya Təşkilatı qəti qərara gəlib ki, Tu-154 tipli sərnişin təyyarələrinin İrana idxalını dayandırsın. Bunu İran Aviasiya Təşkilatının sədri Rza Naxçıvani deyib.
İran TU-154 tipli təyyarələrdən imtina edir

İran Aviasiya Təşkilatı qəti qərara gəlib ki, Tu-154 tipli sərnişin təyyarələrinin İrana idxalını dayandırsın. Bunu İran Aviasiya Təşkilatının sədri Rza Naxçıvani deyib. Məlumatı İSNA xəbər agentliyi yayıb.

Naxçıvani ötən gün Məşhəd şəhərində baş vermiş aviaqəza ilə bağlı bildirib ki, əgər pilotların texniki təhlükəsizlik qaydaları pozduqları isbat olunarsa, Rusiya Aviasiya Təşkilatına məxsus olduqları üçün İranın Aviasiya Təşkilatı onlar haqqında cəza tətbiq edə bilməz.

Ötən gün İranın Məşhəd şəhərində Tu-154 təyyarəsi yerə enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 46 nəfər xəsarət alıb. "Taban Air" şirkətinə məxsus təyyarənin göyərtəsində ümumilikdə 157 sərnişin və 13 ekipaj üzvü olub.

İyulun 15-də Qəzvin şəhərinin 20 kilometrliyində İranın "Caspian Airlines" aviaşirkətinə məxsus Tu-154 təyyarəsi qəzaya uğramışdı. Tehran-Yerevan marşrutu üzrə hərəkət edən təyyarənin bortundakı 168 nəfər sərnişinin hamısı həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti