...

ABŞ müdafiə naziri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 28 Yanvar 2010 13:57 (UTC +04:00)

ABŞ müdafiə naziri Robert Qeyts NATO-ya üzv ölkələrin Müdafiə Nazirlikləri rəhbərlərinin konfransında iştirak etmək üçün növbəti həftə Türkiyəyə səfər edəcək. Bu barədə World Bulletin saytı məlumat verir.

Müdafiə nazirlərinin qeyri-rəsmi görüşü fevralın 4-5-də İstanbulda keçiriləcək.

Qeyts həmçinin Ankarada bir sıra rəsmi görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti