...

Tehran reaktoruna lazım olan yanacağı mübadilə etməyə hazırıq - İranın XİN sözçüsü

Dünya xəbərləri Materials 2 Fevral 2010 12:28 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran nüvə yanacağını mübadilə etməyə hazırdır və buna ümid bəsləyir. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.
Tehran reaktoruna lazım olan yanacağı mübadilə etməyə hazırıq - İranın XİN sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran nüvə yanacağını mübadilə etməyə hazırdır və buna ümid bəsləyir. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.

"Biz hələ də Tehran reaktoruna lazım olan 20 faizlik yanacağı 3.5 faizlik yanacaqla mübadilə etməyə hazırıq. Mübadilənin forması haqda da bəzi müzakirələr aparılıb", -deyə Mehmanpərəst deyib.

Mehmanpərəst Taylandda həbs olunmuş təyyarənin Şimali Koreyadan İrana silah daşıdığı haqda yayılan məlumatlara münasibət bildirərək deyib ki, bu iddia əsassızdır və bunun doğruluğunu sübut edən heç bir sənəd yoxdur. O əlavə edib ki, Tayland hökuməti də bu haqda heç bir açıqlama verməyib. Tayland hökuməti bu silahların üçüncü ölkəyə daşındığını deyib və İranın adını çəkməyib.

Mehmanpərəst əlavə edib ki, bizim bu kimi silahlara ehtiyacımız yoxdur və belə xəbərlərin yayılması İrana qarşı piardır.

Xəbər lenti

Xəbər lenti