...

Bu gün axşam İranın bütün şəhərlərində atəşfəşanlıq olacaq

Dünya xəbərləri Materials 10 Fevral 2010 10:26 (UTC +04:00)
Bu gün axşam İranın bütün şəhərlərində, xüsusilə Tehranda İslam inqilabının 31-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq. Bu barədə İran Televiziyasının rəsmi xəbər saytı IRIBNEWS məlumat yayıb.
Bu gün  axşam İranın bütün şəhərlərində atəşfəşanlıq olacaq

Bu gün axşam İranın bütün şəhərlərində, xüsusilə Tehranda İslam inqilabının 31-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq. Bu barədə İran Televiziyasının rəsmi xəbər saytı IRIBNEWS məlumat yayıb.

Məlumatda bildirilir ki, bugün gecə saat 21:00 da Tehranda və digər şəhərlərdə "Allahu Əkbər" şüarları səslənəcək və atəşfəşanlıq təşkil olunacaq. Atəşfəşanlıq paytaxt Tehranda eyni vaxtda 30 meydanda təşkil olunacaq.

Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 12-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti