Belarus xarici işlər naziri Sergey Martınov bu gün İrana səfər edəcək. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Martınovun Tehrana səfəri iranlı həmkarı Mənuçöhr Möttəkinin dəvəti ilə baş tutur. Səfər zamanı iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi haqqında müzakirələr aparılacaq.