...

Heç kim düşünməsin ki, biz ABŞ xalqına nifrət edirik - Əhmədinejad

Dünya xəbərləri Materials 3 Mart 2010 18:05 (UTC +04:00)
ran Prezidenti Mahmud Əhmədinejad bu gün İranın digər ölkələrdəki səfirləri ilə görüşündə bildirib ki, ABŞ rəsmiləri İran xalqına etdiyi zülm etsələr də, heç kim İran hökumətinin ABŞ xalqına qarşı nifrət etdiyini düşünməməlidir.
Heç kim düşünməsin ki, biz ABŞ xalqına nifrət edirik - Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad bu gün İranın digər ölkələrdəki səfirləri ilə görüşündə bildirib ki, ABŞ rəsmiləri İran xalqına etdiyi zülm etsələr də, heç kim İran hökumətinin ABŞ xalqına qarşı nifrət etdiyini düşünməməlidir. Bu barədə Trend İranın ILNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Əhmədinejad deyib ki, insanlar arasında bərabərlik İranın xarici siyasətinin əsasını təşkil edir. "Xarici siyasətdə sədaqət, ədalət və bütün insanlara hörmət kimi məsələlər diqqət mərkəzində olmalıdır", - o deyib.

Əhmədinejadın sözlərinə görə, İran öz düşmənlərinə qarşı ədalətdən kənar iş görməməlidir.

Xəbər lenti

Xəbər lenti