...

İran region ölkələri ilə hücum etməmək haqqında saziş imzalamağa hazırdır - parlament nümayəndəsi

Dünya xəbərləri Materials 13 Mart 2010 14:36 (UTC +04:00)

İran Səudiyyə Ərəbistanının düşməni deyil, Yaxın Şərqdə mövcud böhran isə öz məqsədlərinə çatmaq üçün ABŞ-tərəfindən yaradılır. Bu məqsədlərin sırasına Yaxın Şərqin neft ehtiyatlarından istifadə də daxildır. Bu barədə İran Parlamentinin spikerinin xarici siyasət üzrə müşaviri Hüseyn Şeyxülislam bildirib. Məlumatı ISNA Tələbə İnformasiya Agentliyi "Əl-Aləç" telekanalına istinadən yayıb.

O əlavə edib ki, "İran region ölkələri ilə hücum etməmək haqqında sazişi imzalamağa hazırdır; bir şərtlə ki, həmin ölkələr də İrana hücum etməsinlər. ABŞ öz silahlarını həmin ölkələrə satmaq üçün onları İranın nüvə proqramı və raketləri ilə qorxudur".

Daha sonra Şeyxülislam vurğulayıb ki, "ABŞ və Avropa İsraili "Hizbullah" raketlərindən qoruya bilməz, ABŞ-ın raket müdafiə sistemi isə region ölkələrinin təhlükəsizliyinə zəmanət verə bilməz".

Xəbər lenti

Xəbər lenti