...

Türkmənistan gəncləri arasında narkomaniyaya qarşı təşviqat canlandırılıb

Dünya xəbərləri Materials 5 Aprel 2010 10:46 (UTC +04:00)
Türkmən gəncləri arasında "sağlamlıq üçün zərərli olan vərdişlərin, xüsusilə narkomaniya kimi mənfi halların profilaktikası üzrə məqsədyönlü tədbirlər" həyata keçirilir.
Türkmənistan gəncləri arasında narkomaniyaya qarşı təşviqat canlandırılıb

Türkmənistan, Aşqabad, 5 aprel /Trend, müxbir H.Həsənov/

Türkmən gəncləri arasında "sağlamlıq üçün zərərli olan vərdişlərin, xüsusilə narkomaniya kimi mənfi halların profilaktikası üzrə məqsədyönlü tədbirlər" həyata keçirilir.

Bu barədə Mahtumqulu Məmməd Xocaquliyev adına Türkmənistan Gənclər Təşkilatının Mərkəzi Şurasının sədri bildirib.

Prezident Qurbanqulu Berdı Məhəmmədov qeyd edib ki, narkotiklərə və narkomaniyaya qarşı mübarizədə bütün cəmiyyətin konsolidasiyası vacibdir, yalnız bu yolla bu təhlükəli bəlanın qarşısına etibarlı sipər çəkmək olar.

Türkmənistan Əfqanıstan ilə qonşuluq edir. BMT-nin məlumatına görə, bu ölkənin ərazisindən narkotiklər satış bazarına, o cümlədən Avropaya keçirilir.

Türkmənistanda dövlət gömrük və sərhəd xidmətlərinin, hüquq-mühafizə orqanlarının maddi-texniki bazası sistematik və planlı şəkildə möhkəmləndirilir. Hər il müsadirə olunmuş narkotik vasitələrin məhv edilməsi üzrə açıq aksiyalar keçirilir.

Xəbər lenti

Xəbər lenti