Asiya, Afrika və Latın Amerikasının inkişaf etmiş ölkələrini birləşdirən G15 rəhbərlərinin sammiti aprelin 17-də Tehranda keçiriləcək. Bu barədə İran XİN mətbuat xidmətinin nümayəndəsi Ramin Mehmanpərəst həftəlik mətbuat konfransında bildirib, - MEHR informasiya agentliyi məlumat verir.
Onun sözlərinə əsasən, region ölkələri əməkdaşlıq yaratmaq üçün böyük potensiala malikdir və İran ümid edir ki, bu dövlətlərin rəhbərləri bu istiqamətdə iclasda fəal işlər görəcək.
G15 1989-cu ildə üçüncü dünyanın daha müvəffəqiyyətli ölkələr qrupu kimi yaradılıb.