...

Avstraliya BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələrinin icrasını dəstəkləyir - XİN rəhbəri

Dünya xəbərləri Materials 22 Aprel 2010 16:37 (UTC +04:00)

Avstraliya BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələrinin icrasını dəstəkləyir və İranın nüvə proqramı ilə bağlı tədbirlərin gücləndirilməsi ilə çıxış edir. Bu barədə Avstraliyanın xarici işlər naziri Stiven Smit rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransda bildirib. Məlumatı "Vesti" telekanalı yayıb.

"Biz qətnamələrin icrasını dəstəkləyir və İrana qarşı daha sərt tədbirlərin qəbulunu gözləyirik", - Smit bildirib. - "İran Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə uyğun hərəkət etməlidir".

ABŞ və bir sıra Qərb ölkələri İranı "sülh nüvə proqramı" adı altında nüvə silahının hazırlanmasında günahlandırır. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, nüvə proqramı ölkənin elektrik enerjisi tələbatının ödənilməsinə yönəldilib.

İndiyə kimi BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramının dayandırılması üçün beş qətnamə qəbul edib, onlardan üçü İrana qarşı iqtisadi sanksiyaları nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti