...

Ermənistanın iqtidar partiyalarının protokolların ratifikasiyasını dayandırmaq çağırışı Obamanın çıxışına təsir etməyəcək – Türkiyənin Baş naziri (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Aprel 2010 18:17 (UTC +04:00)

Ermənistanın iqtidar partiyalarının Siyasi Şurasının Türkiyə-Etmənistan protokollarının ölkə parlamentində ratifikasiyasının dayandırılmasına çağırışı ABŞ Prezidenti Barak Obamanın şənbə günü söyləyəcəyi nitqə təsir etməyəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı "Haberturk" saytı yayıb.

Erməni diasporu 24 apreli "erməni soyqırımı" günü hesab edir.

"Heç bir ölkə digərinə onun tarixi barədə xatırlatmaq hüququna malik deyil", - Ərdoğan deyib. - "Biz Ermənistan tərəfinə loyal mövqeyimiz barədə mesaj göndərmişik. Biz bu məsələ ilə bağlı qəbul olunan qərarlara sadiqik. Ermənistan Parlamenti səlahiyyətli orqandır və qoy Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması prosesini özü həll etsin".

Türkiyə xarici işlər nazirinin mətbuat katibi Burak Özügərgin bir müddət əvvəl bildirmişdi ki, Ankara yaranan vəziyyəti araşdırır və Ermənistan hökumətinin qərarının nədən ibarət olduğunu aydınlaşdırmağa çalışır.

Xəbər lenti

Xəbər lenti