...

İran aprelin 25-də 4 növ raketi sınaqdan keçirəcək

Dünya xəbərləri Materials 24 Aprel 2010 13:57 (UTC +04:00)

İran Fars körfəzində keçirdiyi hərbi təlimlər çərçivəsində aprelin 25-də dənizdəki obyektləri hədəfə alan 4 növ raketi sınaqdan keçirəcək.

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələrinin rəhbəri general Mürtəza Səffari FARS agentliyinə bildirib ki, aprelin 25-də qurudan dənizdəki obyektləri hədəfə alan raketlər sınaqdan keçiriləcək. O, yalnız "Nəsr" raketi barədə məlumat verib, digər üç növ raketin adını isə çəkməyib.

"Nəsr" raketi "Kuruz" raketləri növündəndir və İran iddia edir ki, bu növ raketlər 3 min tonluq gəmiləri hədəfə almaq qabiliyyətindədir. Sepah aprelin 22-dən etibarən "Böyük Peyğəmbər - 4" şərti adı altında Fars körfəzində hərbi təlimlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti