...

Azərbaycandan Əfqanıstandakı missiyasını genişləndirməsini istəyirik - müdafiə nazirinin rəsmisi

Dünya xəbərləri Materials 11 May 2010 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstanın Müdafiə Nazirliyinin sözçüsü general Zahir Əzimi Trend -a bildirib ki, Əfqanıstan Azərbaycan Respublikasından bu ölkənin təhlükəsizliyi ilə bağlı missiyasını genişləndirməsini umur. Əfqanıstan müdafiə nazirinin müavini, general Əzimi Kabildən telefonla bildirib ki, Əfqanıstan rəsmi Bakıdan istəyir ki, iqtisadi sahədə də Əfqanıstana yardımlarını artırsın və iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq - xüsusilə də hərbi təchizatlar sahəsində genişlənsin.

Azərbaycan - Əfqanıstan əməkdaşlıq məsələlərinin müzakirəsi üzrə hökumət nümayəndə heyəti mayın 20-də Kabilə səfər edəcək. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir.

1997-ci ildə Azərbaycanın Milli Ordusu tərkibində sülhməramlılar bölüyü, daha sonra sülhməramlı tabor yaradılıb. Azərbaycanlı sülhməramlılar çoxmillətli qüvvələrin tərkibində, həmçinin, İraq və Kosovoda xidmət keçiblər.

General Əzimi Azərbaycanın Əfqanıstanda xidmət göstərən əsgərlərinin fəaliyyətindən razılığını bildirərək hesab edir ki, Əfqanıstan xalqı müsəlman ölkələrdən olan əsgərlərə daha müsbət baxışla yanaşırlar və bu məsələnin ölkənin təhlükəsizliyinə böyük təsiri var.

Xəbər lenti

Xəbər lenti