...

Vəkillər bildirir ki, qalmaqallı videoçarxda Dəniz Baykal və Nəsrin Baytokun olması ilə bağlı sübut yoxdur

Dünya xəbərləri Materials 20 May 2010 17:38 (UTC +04:00)
Seksual qalmaqalda adı çəkilən türk müxalifətinin sabiq lideri Dəniz Baykalın vəkilləri cümə axşamı mətbuat konfransında bildiriblər ki, videoçarxda doğrudan da Baykalın və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Nəsrin Baytokun olmasını sübüt etmək qeyri-mümkündür.
Vəkillər bildirir ki, qalmaqallı videoçarxda Dəniz Baykal və Nəsrin Baytokun olması ilə bağlı sübut yoxdur

Seksual qalmaqalda adı çəkilən türk müxalifətinin sabiq lideri Dəniz Baykalın vəkilləri cümə axşamı mətbuat konfransında bildiriblər ki, videoçarxda doğrudan da Baykalın və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Nəsrin Baytokun olmasını sübüt etmək qeyri-mümkündür. Məlumatı CNN Turk telekanalı yayıb.

Baykal və Baytokun şəxsi həyatından bəhs edən, internetdə yayımlanan seksual tərkibli videoçarx birincini Cümhuriyyət Xalq Partiyasının (CXP) rəhbəri vəzifəsindən istefa verməyə məcbur edib.

Partiyanın yeni lideri hələ seçilməyib. Son səsvermə mayın 22-də baş tutacaq.

Baykalın vəkilləri onu da bildiriblər ki, bu qalmaqallı videonun sifarişçilərinin adları hələ də açıqlanmamış qalır.

2007-ci il seçkilərində hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifətdə olan CXP Demokratik Sol Partiya ilə koalisiya təşkil edib. Koalisiya seçici səslərinin 22 faizini əldə edib. Koalisiyanın 112 üzvü parlamentin deputatıdır.

Ədalət və İnkişaf Partiyası başda olmaqla türk hökuməti bildirib ki, onların bu videoçarxın hazırlanmasında əli yoxdur.

Xəbər lenti

Xəbər lenti