...

İranda keçirilən əməliyyat zamanı bir ton narkotik maddə müsadirə olunub

Dünya xəbərləri Materials 24 May 2010 15:14 (UTC +04:00)
Fars əyalətində üç müxtəlif əməliyyat zamanı narkotik qaçaqçılarından 1 ton narkotik maddə aşkar olunaraq müsadirə edilib. Bunu İran polisinin Fars Əyaləti Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Məhəmməd İsmail Misri bildirib.
İranda keçirilən əməliyyat zamanı bir  ton narkotik maddə müsadirə olunub

Fars əyalətində üç müxtəlif əməliyyat zamanı narkotik qaçaqçılarından 1 ton narkotik maddə aşkar olunaraq müsadirə edilib. Bunu İran polisinin Fars Əyaləti Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Məhəmməd İsmail Misri bildirib. Bu barədə Trend İranın Polis xəbər saytına istinadən məlumat yayıb.

Misri əlavə edib ki, həmin əməliyyatlar zamanı 6 nəfər həbs olunub.

Məlumata əsasən, həmçinin, İranın Qərbi Azərbaycan əyalətində polis iki narkotik qaçaqmalçısını həbs edib. Həbs olunmuş şəxslərdən 105 kiloqram kislota turşusu (morfini heroinə çevirə bilən məhlul ) müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti