...

Tehran bazarında güclü yanğın olub

Dünya xəbərləri Materials 27 May 2010 17:43 (UTC +04:00)
İran paytaxtında Tehran bazarında güclü yanğın baş verib. Yanğın "Teymuri" və "Əmiri" ticarət mərkəzlərində geyim, bər-bəzək və ərzaq məhsulları dükanlarına ciddi ziyan vurub.
Tehran bazarında güclü yanğın olub

İran paytaxtında "Tehran bazarı"ında güclü yanğın baş verib. Yanğın "Teymuri" və "Əmiri" ticarət mərkəzlərində geyim, bər-bəzək və ərzaq məhsulları dükanlarına ciddi ziyan vurub. Bu barədə Trend İranın IRINN xəbər kanalının rəsmi xəbər saytına istinadən məlumat verir.

Yanğın bu gün günorta saat 14:30 radələrində başlayıb. 10-dan artıq yanğınsöndürmə biriqadasının səyləri nəticəsində yanğının digər ticarət obyektlərinə keçməsinin qarşısı alınsa da hələlik tam söndürülməyib.

Yanğın nəticəsində vətəndaşlara çoxlu sayda maddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti