...

Türkiyənin Baş naziri Latın Amerikası ölkələrinə səfərini yarımçıq qoyub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 31 May 2010 13:14 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Latın Amerikası ölkələrinə səfərini yarımçıq qoyub və Türkiyəyə qayıdır. Bu barədə "Cihan" agentliyi məlumat verib.
Türkiyənin Baş naziri Latın Amerikası ölkələrinə səfərini yarımçıq qoyub (ƏLAVƏ OLUNUB)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Latın Amerikası ölkələrinə səfərini yarımçıq qoyub və Türkiyəyə qayıdır. Bu barədə "Cihan" agentliyi məlumat verib.

Bu qərar İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna humanitar yardım çatdırmaq üçün gedən beynəlxalq donanmanın gəmilərinə hücum etməsindən sonra qəbul edilib.

Türkiyənin yəhudi icmasıİsrail HDQ-nin beynəlxalq hüquq müdafiəçilərinə qarşı hərəkətlərini tənqid edib və onları "yolverilməz" adlandırıb.

Türkiyə XİN İsrail hərbçilərinin hərəkətlərini kəskin pisləyərək, onları " yolverilməz " adlandırıb və İsrail hökumətindən rəsmi izahat tələb edib. Bu barədə idarənin buraxdığı xüsusi bəyanatda deyilir.

İsrailin xarici işlər naziri Aviqdor Liberman Yerusəlimdə keçirilən təcili mətbuat konfransında Türkiyədə yaşayan həmvətənlərinə müraciət edərək, onları təcili vətənə geri dönməyə çağırıb. Türkiyə polisi nümayışçilərin İstanbuldakı İsrail konsulluğunun binasını ələ keçirmək cəhdlərinin qarşısını zorla alıb.

İsrail KİV Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir ki, ilk olaraq  Qəzzaya gedən hüquq müdafiəçiləri İsrail HDQ-yə hücuma  başlayıblar.

"Jerusalem Post" qəzeti yazır ki, fəallardan biri israilli əsgərin silahını oğurlamağa nail olub ki, bu da hüquq müdafiəçiləri ilə İsrail HDQ arasında qarşıdurmanın başlanmasına gətirib.

"İsrailin dəniz kommandoslarına bıçaq, daş və metal əşyalarla hücum olunub. Bunun nəticəsində əsgərlər cavab tədbirləri görməyə məcbur olublar", - İsrail qəzetinin saytı yazır.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Onlar mühasirədə olan Qəzzaya, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmişdi. O, gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini və səfər iştirakçılarını deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti