...

Yunanıstan İsraillə hərbi təlimləri ləğv edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 31 May 2010 14:36 (UTC +04:00)

Yunanıstanın xarici işlər nazirinin müavini Dmitri Druças Afinada İsrail səfiri ilə görüşü zamanı bəyan edib ki, onun ölkəsi İsraillə mayın 25-də başlayan və iyunun 3-dək davam etməli olan "Minoas" şərti adı altında keçirilən hərbi təlimləri ləğv edir.

İsrail səfiri xarici siyasət idarəsinə Yunanıstanın "Sfedoni" gəmisinin kapitanının İsrailin HDQ-nin hücumları nəticəsində ağır yaralanması məlum olduqdan sonra izahat vermək üçün çağırılıb.

İsrail hərbi komandanlığının rəsmi nümayəndələri bəyan ediblər ki, Qəzzaya gedən hüquq müdafiəçiləri İsrail əsgərlərinə bıçaq və dəyənəklərlə hücum etməklə toqquşmaya özləri səbəb olublar.

Türkiyə KİV-in yaydığı məlumata görə, nəticədə, 19 hüquq müdafiəçisi həlak olub, onlarca adam yaralanıb. İsrail tərəfdən 6 əsgər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, atışma kommandosların mühasirəyə alınmış regiona tərəf istiqamət götürmüş 6 gəmidən ibarət donanmaya rəhbərlik edən türk gəmisinin göyərtəsinə düşmələrindən sonra başlayıb. Bu barədə Sky News telekanalı məlumat verib.

"Azadlıq donanması"nın tərkibinə 6 gəmi daxildir. Onlar mühasirədə olan Qəzzaya, ən azı, 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmişdi. O, gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini və səfər iştirakçılarını deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti