...

Türkiyə İsrailin üzr istəməsini gözləyir

Dünya xəbərləri Materials 4 İyun 2010 10:23 (UTC +04:00)
Türkiyə İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücuma görə üzr istəməsini gözləyir. Bu barədə Türkiyənin dövlət naziri, Aİ-yə daxil olmaq üzrə Türkiyə nümayəndə heyətinin başçısı Egemen Baxış İsveçdə bildirib, - bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyə İsrailin üzr istəməsini gözləyir

Türkiyə İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücuma görə üzr istəməsini gözləyir. Bu barədə Türkiyənin dövlət naziri, Aİ-yə daxil olmaq üzrə Türkiyə nümayəndə heyətinin başçısı Egemen Baxış İsveçdə bildirib, - bu barədə Anadolu agentliyi məlumat yayıb.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan "Azadlıq donanması"na hücum etməsindən sonra kəskin pisləşib. Hücum nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub, 19 nəfər yaralanıb. Bəzilərinin itkin düşdüyü bildirilir.

"Bu andan etibarən Türkiyə öz siyasətini İsrailin mövqeyinə uyğun müəyyən edəcək", - Baxış jurnalistlərin suallarına cavab verərkən bildirib.

Xəbər lenti

Xəbər lenti