...

YUNİSEF-in illik sessiyasında "Ölkə üzrə proqram sənədi" layihəsinin müzakirəsi keçirilib

Dünya xəbərləri Materials 4 İyun 2010 20:17 (UTC +04:00)
İyunun 3-də BMT-nin Uşaq Fondunun (YUNİSEF) illik sessiyasında "Ölkə üzrə proqram sənədi" layihəsinin müzakirəsi keçirilib.
YUNİSEF-in illik sessiyasında "Ölkə üzrə proqram sənədi" layihəsinin müzakirəsi keçirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İyunun 3-də BMT-nin Uşaq Fondunun (YUNİSEF) illik sessiyasında "Ölkə üzrə proqram sənədi" layihəsinin müzakirəsi keçirilib. Bu barədə Azərbaycanın BMT-yanında Daimi Nümayəndəliyinin məlumatında deyilir.

İlk olaraq UNİCEF-in regional direktoru Stiven Alen çıxış edib və "Ölkə üzrə proqram sənədi" layihəsini təqdim edib. Sənəd layihəsində Azərbaycan, Gürcüstan, Serbiya və Belarus ilə YUNİSEF-in əməkdaşlığı, YUNİSEF-in adıçəkilən ölkələrdə həyata keçirdiyi proqram və layihələr, mövcud problemlər və bu onların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə məlumat verilir.

Müzakirələrdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev çıxış edib. Çıxışı zamanı o, ölkəmizdə uşaqların sağlamlığı, təhsili, sosial müdafisə sahələrində dövlətimiz tərəfindən görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək planlar barədə məlumat verib. Daimi nümayəndə ölkəmizin üzləşdiyi əsas problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə iştirakçılarına məlumat verib və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və onun apardığı etnik təmizləmə nəticəsində yüzminlərlə uşaq daxil olmaqla, 1 milyondan artıq həmvətənimizin öz yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb.

Mehdiyevin çıxışından sonra Ermənistanın BMT yanında daimi nümayəndəsi çıxış edərək iclas iştirakçılarını ənənəvi olaraq yanıltmağa çalışıb. Cavab olaraq Azərbaycan tərəfi söz alaraq Ermənistan nümayəndəsinin yalanlarını ifşa edib.

İclas YUNİSEF və digər dövlətlərin əməkdaşlığının müzakirəsi ilə davam edib.

"Ölkə üzrə proqram sənədi"nin cari ilin sentyabr ayında qəbul edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti