...

Çeçenistanda zəlzələ baş verib - FHN

Dünya xəbərləri Materials 10 İyun 2010 16:55 (UTC +04:00)
Çeçenistanda çərşənbə günü 4,9 maqnitudalı zəlzələ baş verib. Bu barədə RİA Novosti-yə FHN-in regional idarəsinin rəsmi nümayəndəsi Timur Taysumov xəbər verib.
Çeçenistanda zəlzələ baş verib - FHN

Çeçenistanda çərşənbə günü 4,9 maqnitudalı zəlzələ baş verib. Bu barədə RİA Novosti-yə FHN-in regional idarəsinin rəsmi nümayəndəsi Timur Taysumov xəbər verib.

"Təkanlar Qroznıda Moskva vaxtı ilə 21:30-da qeydə alınıb. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qroznı olub. Təkanlar 33 km dərinlikdə qeydə alınıb.

Onun sözlərinə görə, hazırda xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

RİA Novosti-nin müxbirinin məlumatına görə, Qroznının mərkəzindəki və mikrorayonlardakı çoxmərtəbəli evlərin sakinləri ilk təkanlardan sonra evlərindən bayıra çıxıblar. Onlar təkrar təkanlardan ehtiyatlanaraq mənzillərinə girməyə qorxurlar.

Xəbər lenti

Xəbər lenti