...

Türkiyədə terrorçuların hücumu nəticəsində 8 əsgər həlak olub

Dünya xəbərləri Materials 19 İyun 2010 12:46 (UTC +04:00)
Kürdüstan İşçi Partiyasının (PKK) terrorçularının Hakkari vilayətində hərbi karvana hücümu nəticəsində Türkiyə Ordusunun 8 hərbi qulluqçusu ölüb, 14-ü isə yaralanıb.
Türkiyədə terrorçuların hücumu nəticəsində 8 əsgər həlak olub

Kürdüstan İşçi Partiyasının (PKK) terrorçularının Hakkari vilayətində hərbi karvana hücümu nəticəsində Türkiyə Ordusunun 8 hərbi qulluqçusu ölüb, 14-ü isə yaralanıb. Məlumatı CNN Turk yayıb.

Yaralı əsgərlər şəhər xəstəxanasına yerləşdiriliblər.

Son həftələr ərzində PKK terrorçularının türk hərbçilərinə qarşı hücumları tez-tez qeydə alınır.

Türkiyə Silahlı Qüvvələri separatçılarla mübarizə üçün İraq ilə sərhəddə genişmiqyaslı əməliyyatlara başlayıblar.

Hakkari və Şirnak vilayətlərinə xeyli sayda hərbi texnika və xüsusitəyinatlı bölmələr göndərilib.

Xəbər lenti

Xəbər lenti