...

İran Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsinin sədri həbsdən buraxılıb

Dünya xəbərləri Materials 23 İyun 2010 15:00 (UTC +04:00)

İranda prezident seçkilərindən sonra həbs olunmuş İran Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsinin sədri İmadəddin Baqi azadlığa buraxılıb. Bu barədə Trend İranın Əsre-İran xəbər saytına istinadən məlumat verir.

Məlumata əsasən, Baqi bu gün günorta saat 12:00 radələrində Evin həbsxanasından evə buraxılıb.

İmadəddin Baqi insan haqları müdafiəçisi, İran Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsinin təsisçisi və başçısı, İran Sepah Keşikçilər Korpusunun keçmiş üzvü və 15 -20 il öncə İran orta məktəblərində tədris olunan "Müasir tarix" kitabının müəllifidir.

Baqi 2009-cu ilin dekabr ayında həbs olunub.

Xəbər lenti

Xəbər lenti