...

İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 1383 dəstə zərərsizləşdirilib

Dünya xəbərləri Materials 28 İyun 2010 15:29 (UTC +04:00)
İranda cari ilin ilk üç ayı ərzində (İranda il martın 21-də dəyişir) narkotik qaçaqmalçılığı ilə məşğul olan 1383 dəstə zərərsizləşdirilib.
İranda narkotik qaçaqmalçılığı ilə məşğul olan 1383 dəstə zərərsizləşdirilib

İranda cari ilin ilk üç ayı ərzində (İranda il martın 21-də dəyişir) narkotik qaçaqmalçılığı ilə məşğul olan 1383 dəstə zərərsizləşdirilib. Bunu İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi deyib. Bu barədə Trend İran polisinin "police.ir" rəsmi xəbər saytına istinadən məlumat verir.

Hüseynabadi deyib ki, hesabat dövründə 52 324 nəfər narkotik qaçaqçısı və satıcısı həbs olunaraq məhkəməyə verilib.

İdarə rəsmisinin sözlərinə görə, ilin ilk üç ayında 108 ton müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmin narkotikin 12 407 kiloqramı xüsusi təlim keçmiş itlər vasitəsilə aşkarlanıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 81 674 kiloqramı tiryək, 1304 kiloqramı morfi, 7385 kiloqramı heroin, 15 623 kiloqramı həşiş, 2356 kiloqramı isə digər narkotik vasitələr olub.

Xəbər lenti

Xəbər lenti