...

Türkiyə İsraillə birgə hərbi-dəniz təlimlərindən imtina edib

Dünya xəbərləri Materials 5 İyul 2010 17:38 (UTC +04:00)
Türkiyənin Müdafiə Nazirliyi ikitərəfli münasibətlərdə yaranmış böhranla əlaqədar olaraq İsrailin müdafiə qüvvələri ilə birgə hərbi-dəniz təlimlərinin keçirilməsindən imtina etmək barədə qərar verib.
Türkiyə İsraillə birgə hərbi-dəniz təlimlərindən imtina edib

Türkiyənin Müdafiə Nazirliyi ikitərəfli münasibətlərdə yaranmış böhranla əlaqədar olaraq İsrailin müdafiə qüvvələri ilə birgə hərbi-dəniz təlimlərinin keçirilməsindən imtina etmək barədə qərar verib. Məlumatı Türkiyənin "Akşam" qəzeti xəbər verir.

Aralıq dənizində birgə axtarış-xilasedici işləri üzrə təlimlər İsrail, Türkiyə və ABŞ-ın hərbi-dəniz qüvvələrinin iştirakı ilə avqust ayına planlaşdırılmışdı.

İsraildə belə hesab edirlər ki, Türkiyənin təlimlərdən imtina etməsi mayın sonlarında İsrail xüsusitəyinatlılarının Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na hücumu ilə bağlıdır. Türkiyə gəmisi "Mavi Mərmərə"də baş vermiş toqquşmada səkkiz Türkiyə vətəndaşı və bir türk mənşəli amerikalı həlak olmuşdu.

Türkiyənin təlimlərdən imtina etməsinə baxmayaraq, ABŞ və İsrail hərbi-dəniz qüvvələrinin iştirakı ilə bu təlimlər keçiriləcək.

Türkiyə İsraildən humanitar donanmaya qarşı etdiyi hücumlara görə üzr istəməyi və zərərçəkənlərən ailələrinə təzminat ödəməyi, İsrail hökumətinin etiraz cavabı verdiyi hadisənin beynəlxalq araşdırılmasını qəbul etməyi tələb edir.

Xəbər lenti

Xəbər lenti