...

Yaponiya üçtərəfli Tehran razılaşmasının həyata keçəcəyinə ümid edir

Dünya xəbərləri Materials 6 İyul 2010 11:38 (UTC +04:00)
Yaponiyanın xarici işlər naziri Katsol Okada türk həmkarı Əhməd Davudoğlu ilə telefon danışığında Türkiyə, İran və Braziliya arasında imzalanan üçtərəfli Tehran razılaşması əsasında nüvə yanacağının mübadiləsinin həyata keçəcəyinə ümid etdiyini bildirib.
Yaponiya üçtərəfli Tehran razılaşmasının həyata keçəcəyinə ümid edir

Yaponiyanın xarici işlər naziri Katsol Okada türk həmkarı Əhməd Davudoğlu ilə telefon danışığında Türkiyə, İran və Braziliya arasında imzalanan üçtərəfli Tehran razılaşması əsasında nüvə yanacağının mübadiləsinin həyata keçəcəyinə ümid etdiyini bildirib. Bu barədə İRNA informasiya agentliyi Yaponiya XİN-ə istinadən məlumat verib.

Davudoğlu yaponiyalı həmkarına razılaşmanın bəzi detalları haqda məlumat verib və razılaşmanın həyata keçəcəyi təqdirdə, onun sülhün bərqərar olmasına və beynəlxalq təhlükəsizliyə kömək edəcəyi fikri ilə razılaşıb.

O, həm də qeyd edib ki, İranın nüvə məsələsinin bütün maraqlı tərəflərin, o cümlədən, İranın özünün dialoqu vasitəsilə həll edilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti