...

İranın Zahidan şəhərində baş vermiş terror aktında 22 nəfər həlak olub, 160 nəfər yaralanıb

Dünya xəbərləri Materials 16 İyul 2010 11:16 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Zahidan şəhərində baş vermiş terror aktında 22 nəfər həlak olub və 160 nəfər yaralanıb. Bu barədə Sistan-Bəlucistan əyalətinin başçısı Əli Məhəmməd Azad xəbər verib. Məlumatı İRİNN telekanalının rəsmi saytı yayıb.
İranın Zahidan şəhərində baş vermiş terror  aktında 22 nəfər həlak olub, 160 nəfər yaralanıb

İranın cənub-şərqində yerləşən Zahidan şəhərində baş vermiş terror aktında 22 nəfər həlak olub və 160 nəfər yaralanıb. Bu barədə Sistan-Bəlucistan əyalətinin başçısı Əli Məhəmməd Azad xəbər verib. Məlumatı İRİNN telekanalının rəsmi saytı yayıb.

Məhəmməd Azad əlavə edib ki, yaralananların bir neçəsinin vəziyyəti çox ağırdır və buna görə də ölənlərin sayı daha da arta bilər.

"İRNA xəbər agentliyinin məlumatına əsasən, partlayışı şəhər məscidinin qarşısında iki terrorçu həyata keçirib", - "RİA-Novosti" yazır.

Dubayın "Əl-Ərəbiyyə" telekanalının xəbər verdiyi kimi, İslamın sünni təriqətinə mənsub "Cundullah" terrorçu qruplaşması ("Allahın əsgərləri") fevralın 23-də İran Xüsusi Kəşfiyyat Xidməti tərəfindən həbs olunan qruplaşmanın lideri Əbdülməlik Riginin iyun ayında edamına cavab olaraq, partlayış etməyi öz öhdəsinə götürüb.

Onların sözlərinə görə, edam olunan üsyançıların liderinin iki terrorçu qohumu tərəfindən törədilən terror aktı məscidin yaxınlığında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusu - yaralananlar və həlak olanlar siyahısında olan İran silahlı qüvvələri bölmələrinə istiqamətlənib.

"Cundullah" bəyan edir ki, partlayışı Əbdülməlik Riginin qohumları - Əbdülbəset Rigi və Məhəmməd Rigi törədiblər və bu, növbəti belə əməliyyatların olacağına xəbərdarlıqdır", - "Əl-Ərəbiyyə"nin məlumatında deyilir.

Bəlucistan sünnilərinin üsyançı təşkilatı "Cundullah" (iranlıların əksəriyyəti şiədir) 2003-cü ildə yaradılıb və həm İranda, həm də qonşu Pakistan Bəlucistanında fəaliyyət göstərir. İran hökuməti "Cundullah"ı kütləvi qırğınlarda, silahlı basqınlarda, soyğunçuluqda, partlayış və təxribatda ittiham edir. Tehranın iddialarına görə, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi kəşfiyyat xidmətləri ilə əlaqəlidir.

"Cundullah"ın törətdiyi bundanəvvəlki böyük terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş vermiş, 50-yə yaxın insanın həlakına səbəb olmuşdur.

Xəbər lenti

Xəbər lenti