...

Türkiyədə mina partlayışı nəticəsində 12 əsgər yaralanıb

Dünya xəbərləri Materials 19 İyul 2010 18:37 (UTC +04:00)
Türkiyə Ordusunun hərbi quluqçularını daşıyan avtomobilin minaya düşməsi nəticəsində ən azı 12 əsgər yaralanıb.
Türkiyədə mina partlayışı nəticəsində 12 əsgər yaralanıb

Türkiyə Ordusunun hərbi quluqçularını daşıyan avtomobilin minaya düşməsi nəticəsində ən azı 12 əsgər yaralanıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Hadisə Kürd İşçi Partiyasının (PKK) terroristlərinin aktiv fəaliyyət yeri kimi tanınan Türkiyənin Hakkari əyalətində baş verib. Yaralı əsgərlər vertolyotlarda şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti