...

İran "Vyana qrupu"na vaxt itirməməyi məsləhət görüb

Dünya xəbərləri Materials 26 İyul 2010 12:27 (UTC +04:00)

İran nüvə yanacağı üzrə azzənginləşdirilmiş uranın mübadiləsi haqda texniki danışıqları aparmağa hazır olduğunu bəyan etdiyinə görə, o, "Vyana qrupu"na vaxt itirməməyi məsləhət görüb. Bu barədə Press-TV xəbər verir.

"Nüvə yanacağının mümkün mübadiləsi haqda Tehran bəyannaməsi tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün yaxşı əsasdır", - İranın nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.

"İran MAQATE-yə və "Vyana qrupu"na öz cavabını hazırlayıb və yaxın iki-üç gün ərzində yola salınacaq", - o əlavə edib.

Salehi, həmçinin, qeyd edib ki, Tehran "Vyana qrupu"nun - ABŞ, Rusiya, Fransanın və MAQATE-nin mayın 17-də imzalanan Tehran bəyannaməsi ilə bağlı verdiyi suallara öz cavabını hazırlayıb.

Mayın 17-də İran, Türkiyə və Braziliya 1200 kq azzənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar.

Salehinin sözlərinə görə, "Vyana qrupu" 9 texniki, hüquqi və siyası məsələ qaldırıb.

"Cavablar barədə ətraflı məlumat "Vyana qrupu" ilə görüşdən sonra məlum olacaq", - o bildirib.

Salehi İranın əvvəlki kimi, sazişi yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və hesab edir ki, bu, "uranın zənginləşdirilməsi üçün ən yaxşı üsuldur".

Xəbər lenti

Xəbər lenti