...

İranda baş vermiş zəlzələ nəticəsində ən azı 170 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 31 İyul 2010 10:53 (UTC +04:00)
İranda zəlzələ nəticəsində 170-ə yaxın insan xəsarət alıb. Məlumatı IRIBNEWS yayıb.
İranda baş vermiş zəlzələ nəticəsində ən azı 170 nəfər xəsarət alıb

İranda zəlzələ nəticəsində ən azı 170 insan xəsarət alıb. Məlumatı IRIBNEWS yayıb.

"Ən azı 170 insan xəsarət alıb. 2 yaralının vəziyyəti çox ağırdır, ona görə də onlar Məşhəd şəhər xəstəxanasına yerləşdiriliblər. 20 nəfər Türbəti-Heydəriyyə xəstəxanasına yerləşdirilib. Qalanları isə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şəhərin 190 kəndinin 10-da evlər əhəmiyyətli dərəcədə zərər görüblər", - Türbəti-Heydəriyyə şəhərinin meri Müctəba Sadıqiyan deyib.

5,7 bal gücündə zəlzələ İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhərinin yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində baş verib, 170-dən çox insan xəsarət alıb. Məlumatı İranın IRNA informasiya agentliyi yayıb.

Zəlzələ yerli vaxtla (1450 GMT) 18:20-də baş verib, təxminən 10 saniyə davam edib.

7 kilometrə yaxın dərinlikdə 5,7 bal gücündə yeraltı təkanlar şəhərin 7 kilometrliyində qeydə alınıb.

Yerli KİV-in məlumatına görə, şəhərdə binalar, yolda dayanmış avtomobillər zərər görüb, elektrik təchizatı və telekommunikasiya xətləri sıradan çıxıb.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Xəbər lenti

Xəbər lenti