...

Türkiyə İsraildən üzr istəməsini və dəyən ziyanın əvəzinin ödənilməsini tələb etməkdə davam edir – Baş nazir Ərdoğan

Dünya xəbərləri Materials 3 Avqust 2010 10:44 (UTC +04:00)
Türkiyə İsraildən "Azadlıq donanması"na edilən hücuma və bunun nəticəsində dəyən ziyanın əvəzinin ödənilməsini tələb etməkdə davam edir. Bu barədə bazar ertəsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonla danışarkən bildirib. Xəbəri Anadolu agentliyi yayıb.
Türkiyə İsraildən üzr istəməsini və dəyən ziyanın əvəzinin ödənilməsini tələb etməkdə davam edir – Baş nazir Ərdoğan

Türkiyə İsraildən "Azadlıq donanması"na edilən hücuma və bunun nəticəsində dəyən ziyanın əvəzinin ödənilməsini tələb etməkdə davam edir.

Bu barədə bazar ertəsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonla danışarkən bildirib. Xəbəri Anadolu agentliyi yayıb.

Agentliyin məlumatına görə, bazar ertəsi Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munun "Azadlıq donanması" ilə baş vermiş insidentin araşdırılması ilə bağlı İsrailin BMT komissiyası ilə əməkdaşlığa razılıq verməsini elan etməsindən əvvəl Ərdoğana zəng edib.

Ərdoğan söhbət zamanı  XİN başçısına araşdırmanın gedişini diqqətlə izləməyi tapşırıb.

Qəzza sektorunun blokadasını yararaq humanitar yardım və hüquq müdafiəçilərindən ibarət nümayəndə heyəti ilə yürüş edən "Azadlıq donanması" mayın 31-də gecə Aralıq dənizində İsrail HDQ tərəfindən ələ keçirilib. Əməliyyat zamanı yürüşün milliyyətcə türk olan doqquz iştirakçısı həlak olub, onlarca adam yaralanıb, yüzlərlə insan həbs edilib, sonradan deportasiya olunub. Fələstinliləri müdafiə edən fəalların sərt müqaviməti ilə üzləşən yeddi israilli "komandos" da yaralanıb.

Bazar ertəsi BMT-nin Baş katibi Pan Gi Mun "Azadlıq donanması" ilə baş vermiş insidentin araşdırılması üzrə dörd nəfərdən ibarət komissiyanın yaradıldığını elan edib.

Bundan əvvəl "Kol Usrael" radiosu İsrailin "Azadlıq donanması" ilə baş vermiş insidentin beynəlxalq araşdırılmasına razılıq verdiyini xəbər verib. İndiyədək İsrail hakimiyyəti istintaqın beynəlmiləlləşdirilməsi barədə çağırışları rədd edir və onu müstəqil şəkildə aparmağa üstünlük verirdi.

Xəbər lenti

Xəbər lenti