...

Əhmədinejad İrana qarşı sanksiya qoyan dövlətləri, ölkəsinin bazar qapısını onların üzərinə bağlayacağı ilə hədələyib

Dünya xəbərləri Materials 4 Avqust 2010 14:47 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün Həmədan şəhərində çıxışı zamanı İrana qarşı sanksiyalara qoşulan dövlətləri, ölkəsinin bazar qapılarını onların üzərinə bağlamaqla hədələyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat verir.
Əhmədinejad İrana qarşı sanksiya qoyan dövlətləri, ölkəsinin bazar qapısını onların üzərinə  bağlayacağı ilə hədələyib

İran Prezidenti Mahmud Əhmədinejad bu gün Həmədan şəhərində çıxışı zamanı İrana qarşı sanksiyalara qoşulan dövlətləri, ölkəsinin bazar qapılarını onların üzərinə bağlamaqla hədələyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat verir.

"Sanksiyalar bəhanəsi ilə İranla imzalanmış müqaviləni pozan hər hansı bir Avropa ölkəsi bilməlidir ki, gələcəkdə İran bazarında ona yer olmayacaq", - Əhmədinejad deyib.

O, Avropa Birliyinin İrana qarşı sanksiyalarını əhəmiyyətsiz adlandırıb və "İran xalqı sizin təmtəraqlı məhsullarınıza qalmayıb, bunun üçün sizə yalvarmayacaq", - Əhmədinejad söyləyib.

İran Prezidenti Əhmədinejad bu gün regionlara səfər çərçivəsində Həmədan şəhərinə səfər edib. Bəzi beynəlxalq KİV-in məlumatına əsasən, səfər zamanı Əhmədinejadın kortejinə əl qumbarası atıldığı bildirilir. Hadisə nəticəsində yaralananların olduğu xəbər verilir, Əhmədinejad isə zərər çəkməyib. Olayla əlaqədar bir nəfər yaxalanıb. İranın Press-TV saytı isə bu xəbəri təkzib edib.

Xəbər lenti

Xəbər lenti