Tacikistan Prezidenti İmoməli Rəhman və Əfqanıstan Prezidenti Həmid Kərzai bu gün farsdilli ölkələrin zirvə toplantısında iştirak etmək məqsədi ilə Tehrana səfər edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
Tehranda keçiriləcək dördüncü zirvə toplantısında İran, Əfqanıstan və Tacikistan arasında iqtisadi, siyasi əlaqələrin inkişaf etdirilməsi, üç ölkə arasında ticarət mübadiləsinin artırılması, regionda mövcud terrorizm, narkotik qaçaqmalçılığı kimi problemlərin həll yollarının müzakirə olunacağı nəzərdə tutulub.