İranda 22 avqust - Hərbi-sənaye günündə yeni "Qiyam", üçüncü nəsil "Fateh -110" raketlərinin və "Kirar" pilotsuz təyyarələrinin sınağı keçiriləcək. Bu barədə çərşənbə axşamı ölkənin müdafiə naziri Əhməd Vahidi bəyan edib. Məlumatı Mehr agentliyi yayıb.
Onun sözlərinə görə, həmin gün "Sirac" sürət gəmilərinin, yeni nəsil "Zülfüqar" hərbi gəmilərinin istehsalına başlanılacaq.
Həmçinin, kosmik peyklərin bölünməsi sistemlərinin sınaqdan keçirilməsinə başlanılacaq, elektronika və rabitə sahəsində 28 layihəyə start veriləcək.
Vahidinin sözlərinə görə, "Kirar" pilotsuz təyyarələri uzaq məsafələrə uçan ilk pilotsuz təyyarələrdir.