...

İran Prezidenti Pakistana səfər edəcək

Dünya xəbərləri Materials 24 Avqust 2010 16:30 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Pakistana səfər edəcək. Bunu İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar deyib.
İran Prezidenti Pakistana səfər edəcək

İran Prezidenti Mahmud Əhmədinejad Pakistana səfər edəcək. Bunu İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar deyib. Məlumatı ISNA agentliyi yayıb.

"Pakistanda daşqınlardan zərərçəkənlərin vəziyyəti ilə yaxından tanış olmaq və onlara daha yaxşı yardım göstərmək məqsədi ilə Prezident Əhmədinejad yaxın günlərdə bu ölkəyə səfər edəcək", - Nəccar deyib.

Bu günlərdə Pakistan ölkənin bütün tarixi ərzində ən dəhşətli təbii fəlakətin qurbanı olub.

Sellər xalqın həyatına, daşınmaz əmlaka və infrastruktura görünməmiş ziyan vurub. İki minə yaxın insan daşqınların qurbanı olub, minlərlə adam zərər çəkib, 5 min kənd tamamilə dağılıb, təxminən 14 milyon insan ev-eşiyini itirib.

BMT bu faciənin 2004-cü ildə tüğyan etmiş sunamidən və bu yaxınlarda Haitidə baş vermiş zəlzələdən dəhşətli olduğunu bildirib. Təşkilat beynəlxalq birliyə bu məsələdə Pakistanla əməkdaşlıq etmək xahişi ilə müraciət edib.

Hələlik dəyən ziyanın məbləği müəyyən edilməyib. Lakin ilkin məlumatlara görə dəymiş ziyan milyardlarla dollar həcmində hesablanır.

Pakistan rəhbərliyi beynəlxalq ictimaiyyətə daşqının nəticələrinin aradan qaldırılması üçün köməklə bağlı müraciət edib.

Nəccar əlavə edib ki, İranda Pakistanda daşqınlardan əziyyət çəkənlərə yardım məqsədi ilə xüsusi təşkilat təsis olunub.

Xəbər lenti

Xəbər lenti