...

İran basketbol yığması ABŞ komandası ilə oyuna hazırlaşır

Dünya xəbərləri Materials 1 Sentyabr 2010 13:12 (UTC +04:00)
İranın basketbol komandası çərşənbə günü İstanbulda 2010-cu il basketbol üzrə dünya çempionatının ilkin mərhələsi çərçivəsində, "B" qrupunun dördüncü matçında Birləşmiş Ştatlar komandasına qarşı oynayacaq.
İran basketbol yığması ABŞ komandası ilə oyuna hazırlaşır

İranın basketbol komandası çərşənbə günü İstanbulda 2010-cu il basketbol üzrə dünya çempionatının ilkin mərhələsi çərçivəsində, "B" qrupunun dördüncü matçında Birləşmiş Ştatlar komandasına qarşı oynayacaq. Bu barədə "Press-TV" xəbər verir.

Basketbol üzrə İran yığmasının məşqçisi Veselin Matiç çərşənbə axşamı bildirib ki, "İran basketbol üzrə dünya çempionatında öz arzusunu həyata keçirmək üçün iştirak edir" və əlavə edib ki, "İranla ABŞ arasında matç siyasi oyun deyil".

"Hamı İran-Amerika matçından danışır", - o deyib. - "Mənim fikrimcə, bu matç digərlərindən heç nə ilə fərqlənmir. Basketbol, sadəcə, oyundur və o, siyasi xarakter daşımır".

İran bazar ertəsi keçirilən turnirdə Tunis komandasına 71:58 hesabı ilə qalib gələrək, ilk qələbəsini qazanıb.

ABŞ 1994-cü il dünya çempionatında qalib gələ bilməyib.

İran Braziliya və Xorvatiya komandalarına qarşı özünün ilk iki oyununda məğlub olub.

İran turnirdə özünün ən yaxşı oyunçuları olmadan iştirak edir və bu, onun dünya çempionatında ilk çıxışıdır. 2008-ci ildə İran Olimpiya Oyunlarında bir il əvvəl keçirilən Asiya çempionatından sonra ilk dəfə iştirak edib. İranlılar dünya çempionatında yer qazanmaq üçün öz Asiya titullarını qoruyublar.
İran komandası cümə axşamı yarışların ilkin mərhələsində özünün son matçında Sloveniya komandası ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti