...

Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentləri diqqətlə izləyir - Davudoğlu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Sentyabr 2010 18:27 (UTC +04:00)
Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaları diqqətlə izləyir..
Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentləri diqqətlə izləyir - Davudoğlu (ƏLAVƏ OLUNUB)

Red. əlav.: birinci abzasdan sonra əlavə olunub

Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaları diqqətlə izləyir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı "Cihan" agentliyi yayıb.

Türkiyənin Qars şəhərində jurnalistlərlə görüşdə Türkiyənin xarici işlər naziri bəyan edib ki, Ankara Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tez-tez baş verən atəşkəs rejiminin pozulması hallarını diqqətlə izləyir.

Davudoğlu qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparacaq.

"Qafqazda sabitlik yalnız Azərbaycan torpaqlarının azad edilməsi ilə mümkündür. Atəşkəs rejiminin pozulması hallarına son qoymaq üçün Türkiyə bütün mümkün səyləri göstərəcək", - Davudoğlu vurğulayıb.

Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Hücum zamanı şiddətli atışma baş verib. Azərbaycan əsgərlərinin güclü müqaviməti nəticəsində düşmən üç itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun iki əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991, İmişli RHK, aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991, Sabirabad RHK, aprel 2009) qəhrəmancasına şəhid olublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti