...

İsrail HHQ Qəzza sektorunda bir neçə obyekti bombalayıb, xəsarət alan yoxdur

Dünya xəbərləri Materials 10 Sentyabr 2010 10:52 (UTC +04:00)
Cümə günü İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna bir neçə zərbə endiriblər, zərər çəkən yoxdur.
İsrail HHQ Qəzza sektorunda bir neçə obyekti bombalayıb, xəsarət alan yoxdur

Cümə günü İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna bir neçə zərbə endiriblər, zərər çəkən yoxdur. Bu barədə RİA Novosti-nin müxbiri məlumat verib.

Qəzzanın qərbindəki polis məntəqəsi və şəhərin şərq hissəisində HƏMAS döyüşçülərinin dayaq məntəqəsi aviahücumlara məruz qalıb.

İsrail mənbələri bildiriblər ki, Qəzzanın bugünkü bombardmanı cümə axşamı Fələstin döyüşçülərinin İsrail ərazisinə üç raket buraxmasına cavab olub.

İsrail ordusunun hesablamalarına görə, Fələstin döyüşçüləri 2010-cu ilin əvvəlindən İsrail ərazisinə 100 raket və mina, Qəzza sektorunda "Əridilmiş qurğuşun" hərbi əməliyyatı tamamlandığı dövrdən - 2009-cu ilin yanvarından isə 400-dən çox raket buraxıblar.

Xəbər lenti

Xəbər lenti